İnsanlara hürriyət, millətlərə istiqlal!

Habertürk: "Türkiyədə seçkilər ən azı altı ay təxirə salına bilər"

Türkiyə hakimiyyəti bu ilin may ayına təyin edilmiş prezident və parlament seçkilərini təxirə sala bilər. Bu barədə "Habertürk" mənbələrə istinadən yazır. Belə ki, hakim partiya zəlzələ fonunda bu məsələyə ciddi yanaşır.

"Seçkilərlə bağlı qərar veriləcək. Sonra Ali Seçki Komissiyası dörd rayonda tam, altı rayonda qismən (zəlzələlərin nəticələrinə görə) seçkilərin keçirilməsinin faktiki olaraq qeyri-mümkün olduğunu bildirəcək və seçkilərin təxirə salınmasını istəyəcək”, məlumatda deyilir.

Qeyd olunub ki, nəticədə səsvermə ən azı altı ay, ən pis halda isə bütün il müddətinə təxirə salına bilər.

Bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin eks-spikeri və keçmiş baş nazirin müavini Bülənt Arınç may ayına təyin edilmiş ümumi seçkilərin dərhal təxirə salınmasının vacibliyini bildirmişdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR