İnsanlara hürriyət, millətlərə istiqlal!

Güzəştli mənzillərin elektron qaydada satışı ləğv oluna bilərmi?-RƏSMİ Açıqlama

Mənzillərin elektron qaydada satışının ləğv edilərək növbəlilik sisteminin tətbiqi ilə bağlı səslənən fikirlərə aydınlıq gətirilib.

Musavat.com-un məlumatına görə, MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, elektron sistemdə vətəndaşların hər biri şəxsi elektron imza ilə müraciət edirlər: "Aparılan hər bir əməliyyatın sistemdə izi qalır. Bu proseslərin elektron qaydada keçirilməsi şəffaflığın, operativliyin, eyni zamanda əlverişli şəraitin yaradıması üçün optimal haldır. Ona görə də işlər sırf elektron qaydada davam etdiriləcək. Sistemdə təkmilləşdirmə işləri aparılacaq, yeni təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Sistemin daha təkmil formada işləməsi üçün daha lazımlı işlər həyata keçiriləcək".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR