İnsanlara hürriyət, millətlərə istiqlal!

Güzəştli mənzillər kirayə verilə bilərmi?-AÇIQLAMA


"Güzəştli mənzillərin seçilməsi üçün demo versiya 1 ay öncə vətəndaşlara təqdim olunur. Bu, sistemin əsl versiyası ilə birbəbir eyni hazırlanır. İşbazlar müraciət edən vətəndaşlara verilən demo versiyaya uyğun olaraq proqram yazdırıblar. Buna görə problem yaranıb".

Musavat.com xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı DTX ilə MİDA-nın birgə keçirdiyi brifinqində deyib: "Qeyri-qanuni halların qarşısının alınması üçün xüsusi təhlükəsizlik tədbirlərinə başladılıb. Bütün mənzillər satış başlayan saatda seçim üçün aktiv edilir. Seçimin sürətli həyata keçirilməsi bəzi vətəndaşların mənzil seçimi mərhələsinə çatdıqda, mənzili görməməsinə səbəb olur. Bu zaman belə iddialar olur ki, seçimə mənzil çıxarılmayıb. Hələ sistemdə təkmilləşdirilmə işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra növbəti mərhələ və 1 ay öncə mənzil seçimi ilə bağlı elan veriləcək. Əvvəlki seçimdə iştirak edən şəxslərə də heç bir məhdudiyyət tətbiq edilməyəcək”.

Fərman Qurbanlı qeyd edib ki, güzəştli mənzil əldə etmək üçün kateqoriyalar müəyyən olunub: "Satış prosesində mənzili əldə etmək hüququ olan şəxslər iştirak edir. Qaydaya əsasən, mənzillərin 3 il müddətində özgəninkiləşdirilməsinə məhdudiyyət nəzərdə tutulub. 3 il müddətinə bu mənzilin kirayə verilməsi, satışı rəsmiləşdirilə bilməz”.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR