Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixeil Saakaşvili respublika vətəndaşı olmadığı üçün ölkə siyasətində iştirak edə bilməyəcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın ədliyyə naziri Rati Breqadze məlumat verib.
"Həbs olunan şəxs siyasi fəaliyyətlə necə məşğul olmalıdır? Bu sual yəqin ki, yumoristik janrdadır. Bu şəxsin Gürcüstanda siyasi fəaliyyətə haqqı yoxdur, bunu unutmayın. Bu adam baş komandan idi. Hansı baş komandan öz dövlətini tərk edib başqa ölkəyə xidmətə gedib? Ali baş komandan öz dövlətini və vətəndaşlarını başqa iş üçün buraxmır"- nazir deyib.
Breqadze onu da əlavə edib ki, həkimlər “Vivamed” özəl klinikasında müalicə olunan Saaşvilinin sağlam olduğuna dair rəy verdikdən sonra o, cəzaçəkmə müəssisəsinə köçürüləcək.
Qeyd edək ki, aylardır özünü pis hiss edən Saakaşvili son vaxtlar məhkəmələrində uzaqdan iştirak etməyə və siyasi bəyanatlar verməyə başlayıb. O, müxalifəti hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını məğlub etmək üçün 2024-cü ildə keçiriləcək parlament seçkilərində birləşməyə çağırır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ