İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın 85 nəfərdən ibarət yeni xilasedicilər qrupu Türkiyəyə yola salınıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin 85 xilasedicisi rotasiya qaydasında Türkiyəyə yola salınıb.

AZƏRTAC xəbər verir ki, gürcüstanlı xilasedicilər Türkiyənin Adıyaman şəhərində olan həmkarlarını əvəz edəcəklər.

Bütün lazımı avadanlıqla təchiz olunmuş xilasedicilər Adıyaman şəhərində əsrin ən ağır təbii fəlakəti hesab olunan zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcəklər.

Gürcü xilasedicilərin işinə DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Teymuraz Mqebrişvili rəhbərlik edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR