Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Daxili İşlər Nazirliyi Sameqrelo-Zemo Svaneti bölgəsindəki Mestia yüksəkliyində Rusiyadan gələn turistlərə silahlı basqın faktını araşdırır.
Musavat.com xəbər verir ki, bu barədə respublikanın 1-ci kanalı məlumat yayıb.
“Mestia bələdiyyəsində turist cütlüyünə hücum edilib. Məlumata görə, ər və arvad hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan iki şəxs tərəfindən hücuma məruz qalıblar”, - məlumatda deyilir.
Kanalın məlumatına görə, yaralı qadın polis bölməsinə aparılıb, kişi hələ də axtarılır. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə və quldurluqla məşğul olan 236 və 179-cu maddələri ilə araşdırmalar təşkil edilib.
Öz növbəsində “Mtavari Arxi” telekanalı naməlum şəxslərin qadına qarşı cinsi zorakılığa cəhd etdiklərini bildirib. Hücum edənlər kişidən maşından düşməsini tələb ediblər, bu zaman əlbəyaxa dava düşüb, atəş açılıb, kişi isə yaralanıb.
Qadının ifadəsinə görə, təcavüzkarlar onun ərini huşsuz halda maşına mindirib aparıblar. Maşının özü də tapılıb, içərisində qan izləri var, lakin kişinin harada olduğu hələlik məlum deyil.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ