İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezidenti: "Veto hüququmdan istifadə edəcəm"

Gürcüstan prezidenti Salome Zurabişvili "Xarici agentlər haqqında" qanun layihəsi qəbul olunarsa, veto hüququndan istifadə edəcəyinə söz verib.

Musavat.com xəbər verir ki, Gürcüstan parlamenti qanunu birinci oxunuşda qəbul edib.

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, bu, tək qanun deyil, Avropa Birliyinin tövsiyələrinə zidd olan bütöv bir strategiyadır. Prezident qeyd edib ki, bu, xalqın səsi olacaq.

Onu da əlavə etmək lazımdır ki, vetonu ləğv etmək üçün parlament üzvlərinin 76 səsi kifayətdir.

Qeyd edək ki, "Xarici agentlər haqqında" qanun layihəsi müxalifətin, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bəzi təbəqələrinin tənqidinə səbəb olub. Sənədin qəbul edilməsinin əleyhdarları hesab edirlər ki, bu Rusiya qanunvericiliyindəki xarici agentlər haqqında qanunun eynisidir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR