İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Karib dənizində daha bir gəmiyə zərbə endirib

ABŞ prezidenti Donald Tramp Karib dənizində göyərtəsində üç nəfərin olduğu gəminin beynəlxalq sularda ABŞ qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, Truth Social hesabında paylaşım edib.

Bildirib ki, onun əmri ilə Pentaqon "ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasında (Mərkəzi və Cənubi Amerika və Karib dənizi regionunu əhatə edir – red.) narkotik ticarəti üçün istifadə edilən marşrutda təyin edilmiş terror təşkilatı ilə əlaqəli gəmiyə zərbə endirib. Trampın sözlərinə görə, kəşfiyyat məlumatı təsdiqləyib ki, gəmi narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olub: "Zərbə nəticəsində beynəlxalq sularda olan gəminin göyərtəsində olan 3 nəfər narko-terrorçu həlak olub".

O, gəminin məhv edilməsinin videosunu yayıb. Tramp əmin edib ki, zərbə nəticəsində ABŞ hərbçilərindən heç biri zərər görməyib.

Xatırladaq ki, sentyabrın 15-də prezident Venesueladan olan üç narkokartel üzvünün sıradan çıxarıldığını elan edib. Onun sözlərinə görə, "zərbə beynəlxalq sularda Venesueladan olan narko-terrorçuların ABŞ-a qeyri-qanuni olaraq narkotik vasitələri daşıdığı vaxt baş verib". Sentyabrın 2-də Vaşinqton administrasiyasının başçısı bəyan edib ki, amerikalı beynəlxalq sularda əməliyyat zamanı Silahlı Qüvvələr Venesuela narkotik kartelinin 11 üzvünü məhv edib. Tramp hesab edir ki, Venesuela narkotik ticarəti ilə mübarizə üçün kifayət qədər tədbirlər görmür. ABŞ hökuməti əvvəllər bir neçə narkotik karteli terror təşkilatı kimi tanıyıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR