Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi dərc edilməsinə icazə verilməyən məlumatlara malik jurnalistlərin Pentaqona buraxılışlarını ləğv edə bilər.
Musavat.com xəbər verir ki, məlumatı The Washington Post (WP) nazirliyin təsdiqlədiyi yeni qaydalara istinadən yayıb.
Sənədə əsasən “Müdafiə Nazirliyinin məlumatı məxfi olmasa belə, müvafiq səlahiyyətli vəzifəli şəxs tərəfindən ictimaiyyətə açıqlanması üçün təsdiq edilməlidir”.
Nəşrin məlumatına görə, Donald Tramp administrasiyası sentyabrın 19-da nazirlikdə jurnalistlərin məxfi məlumatları toplamamalı və dərc etməməli olduqlarını elan edib. Pentaqon təhlükəsizliyə təhdid hesab etdiyi hər kəsin mətbuat icazəsini ləğv edə bilər.
Sənədə əsasən, Pentaqonda baş verən hadisələri işıqlandırmaq istəyən media nümayəndələri jurnalistlərin bina daxilində hərəkətini məhdudlaşdıran və qadağan olunmuş materialları əldə etməmək və onlara malik olmamaq öhdəliyi qoyan müqavilələr imzalamalıdırlar. Qeyd olunur ki, bir neçə aydır ki, ABŞ-ın müdafiə naziri Pit Heqset informasiya sızması səbəbindən Pentaqonda jurnalistlərə məhdudiyyətləri gücləndirir.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ