İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı daha bir qanun layihəsi Senatda – Aktivlərin Ukraynaya verilməsi təklif olunur

Hər iki partiyadan olan bir qrup ABŞ senatoru Vaşinqtondan Rusiyanın ABŞ-dakı dondurulmuş aktivlərini müntəzəm qaydada Ukraynaya köçürməsini tələb edən qanun layihəsi təqdim ediblər.

Musavat.com xəbər verir ki, Senatın Xarici Əlaqələr Komitəsinin cümə günü dərc etdiyi sənədə görə, 2024-cü ildə ABŞ-ın 46-cı prezidenti Co Bayden tərəfindən imzalanmış qanunlara ABŞ hökumətinin Rusiyanın dondurulmuş aktivlərinə həbs qoymasını və Ukraynaya hərbi yardım göstərməsini nəzərdə tutan müəyyən düzəlişlər edilməlidir.

İkipartiyalı qanunvericilərin fikrincə, Vaşinqton administrasiyası bu vəsaitləri “hər 90 gündən bir” Kiyevə köçürməyə başlamalıdır. Bu, həmin müddətdə Ukraynaya ən azı 250 milyon dollar çatdırmağa imkan verər.

Qanun layihəsinə görə, Vaşinqton administrasiyası digər ölkələri də Ukraynanın maraqlarına uyğun olaraq dondurulmuş Rusiya aktivlərinin ən azı 5 faizindən istifadə etməyə başlamağa “inandırmaq üçün fəal və ardıcıl diplomatik səylər göstərməlidir”. ABŞ qanunvericilərinin hesablamalarına görə, bu, ilkin olaraq təxminən 15 milyard dolları əhatə etməlidir. Senatorlar hesab edirlər ki, digər ölkələr də ən azı 90 gündə bir dəfə Kiyevə vəsait köçürməlidir.

Bundan əlavə, senatorlar Vaşinqton administrasiyasından Rusiyanın ABŞ daxilində və onun hüdudlarından kənarda saxlanılan dondurulmuş aktivlərinin həcmi barədə hesabat verməsini tələb etmək istəyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR