İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün suverenliyimizin tam bərpası günüdür 

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirildi; Deputat: “Bir sutkalıq lokal xarakterli antiterror tədbiri bu Zəfərin başının tacıdır”

2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. 

2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. 

Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib.

Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında" 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalayıb və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq edib. 

“Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən  dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır.

Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.

Zahid Oruc rəsmən namizəd oldu | Modern.az

Milli Məclisdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirilib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc silahla qazandığımızı qanunlarla qorumalı olduğumuzu söyləyib: “İndi Konstitusiyamızda yazılan ”Azərbaycan vahid və bölünməz dövlətdir" fikri kağızdan çox, torpaqda təsdiqlənib. İndi biz Konstitusiyamıza başqa gözlə baxırıq. Əvvəl müdafiə sənədi idi, indi quruculuq proqramıdır! Biz haqqımızı savaşla bərpa etdik, indi isə onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!"

Fuad Hüseynov: "Qərbi azərbaycanlılarla bağlı məlumatlar  elektronlaşdırılır" - Oxu.az

 Fuad Hüseynov 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov qeyd edib ki, Azərbaycan xalqı olaraq tarixi Zəfərimizin məntiqi nəticəsi olan Böyük Qayıdışın təntənəsini, qürurunu yaşamaqdayıq: “100 minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradılıb. Artıq 50 mindən çox soydaşımız Şərqi Zəngəzur və Qarabağda məskunlaşıb. Əminik ki, erməni qəsbkarları tərəfindən məhv olunmuş torpaqlarımız yaxın gələcəkdə sözün əsl mənasında cənnətə, sülh və tərəqqi məkanına çevriləcək. Azərbaycan beynəlxalq ictimaiyyətə keçmiş məcburi köçkün və qaçqınların postmünaqişə reabilitasiyası və reinteqrasiyası ilə bağlı yeni model təqdim edəcək”.

“Dövlətçilik yalnız siyasi müstəqillik və ərazi bütövlüyü ilə ölçülmür, həm də dövlətin gücü, şəffaflığı və vətəndaşlara bərabər imkanlar yaratması ilə xarakterizə olunur”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Dövlət Suverenliyi Gününə həsr edilmiş konfransda bildirib.

Deputat qeyd edib ki, dövlətin sosial-iqtisadi inkişafı, insanların hüquqlarının qorunması və bölgələrin bərabər inkişafının təmin edilməsi ölkəmizin suverenliyinin əsas sütunlarını təşkil edir: “İqtisadi inkişafın nəticələri yalnız müəyyən qruplara deyil, bütün vətəndaşlara bərabər şəkildə çatmalıdır. İnsan hüquqları, vicdan azadlığı və sosial ədalət dövlətimizin möhkəmlənməsində əsas rol oynayır”.

O əlavə edib ki, regionların inkişafının dəstəklənməsi, sosial infrastrukturun yaxşılaşdırılması və hüquqi islahatlar suveren dövlətçilik prinsipinin qorunmasına xidmət edir: “Azərbaycanın gələcəyi və xalqımızın rifahı dövlətçilik və vətəndaş hüquqlarının birlikdə təmin olunmasından keçir”.

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...” |  Modern.az

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu isə “Yeni Müsavat”a bildirdi ki, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək üçün uzun illər mübarizə aparmalı olduq: “Torpaqlarımızın 20 faizi 30 ilə yaxın işğal altında oldu. Ərazi bütövlüyümüzü 44 günlük Vətən müharibəsindən sonra bərpa etdik. Ancaq suverenliyimizin bərpası üçün biz artıq 30 illik problemi deyil, 100 illik problemi həll etməli idik. Çünki Azərbaycan ərazisində ”muxtar vilayət" 1923-cü ildə yaradılmışdı, sovet dövründən bizə miras qalmışdı, müstəqillik dövrünün Qarabağ ətrafında başlanan müharibəsinin mirası deyildi. Ona görə də artıq bəzilərinin gözündə oturuşmuş bu problemi həll etmək mümkün görünmürdü. Yalnız Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezidentin siyasi qətiyyəti nəticəsində 100 illik “kənar maddə”ni milli dövlətimizin bədənindən əməliyyat yolu ilə kəsib çıxarmaq lazım idi ki, biz bunu bacardıq. Bir sutkalıq lokal antiterror əməliyyatı ilə Azərbaycan suverenliyini tam bərpa etdi. Beləliklə, Azərbaycan tamamilə müstəqil dövlətə çevrildi. 44 günlük Vətən müharibəsi bizim tarixi zəfərimizdirsə, bir sutkalıq antiterror əməliyyatı bu Zəfərin başının tacıdır. Bu, millətimizə əbədi qətiyyət, əbədi müstəqillik, əbədi azadlıq qazandırdı". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR