İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan əhalisinin mühüm əksəriyyəti Rusiyanı ölkənin ən böyük düşməni hesab edir - Sorğu

Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyanı ölkənin əsas düşməni hesab edir.

Musavat.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Qafqaz Tədqiqat Resursları Mərkəzi (CRRC-Georgia) tərəfindən həyata keçirilən “Qafqaz Barometri 2024” tədqiqatının nəticələri sübut edir. Sorğu göstərib ki, respondentlərin 69 faizi Rusiyanı Gürcüstanın əsas düşməni kimi qiymətləndirir. ABŞ-ı respondentlərin 4 faizi Gürcüstanı düşmən kimi görür, Türkiyəni 2 faizi, Ermənistanı 1 faizi.

Gürcüstan vətəndaşlarının 24 faizi ABŞ-ı ölkənin ən böyük dostu hesab edir. 8 faiz Azərbaycanı, 7 faiz Ukraynanı, 4 faiz Türkiyəni, 4 faiz Almaniyanı, 2 faiz Ermənistanı, 2 faiz Rusiyanı, 2 faiz Fransanı, 1 faiz İsraili, 1 faiz Çini bu rolda görür.

Respondentlərin dörddə birindən çoxu (26 faiz) hesab edir ki, Gürcüstanın başqa ölkələr arasında ümumiyyətlə dostu yoxdur.

Sorğu aprelin 16-dan mayın 13-dək aparılıb. Fərdi müsahibə metodundan istifadə etməklə gürcü, erməni və Azərbaycan dillərində 1509 nəfərlə müsahibə aparılıb.

Qafqaz Barometri Ermənistan və Gürcüstanda Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) tərəfindən hər il keçirilən sosial-iqtisadi problemlər və siyasi münasibətlər sorğusudur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR