İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan DİN saxlananlarla bağlı məlumat yaydı

Gürcüstanda son aksiyalar zamanı Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hələ də tibb müəssisələrindədir.

Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib.

Qeyd edilib ki, noyabrın 28-dən Gürcüstanın Daxili İşlər Nazirliyi Tiflisdə parlament binası yaxınlığında etiraz aksiyalarının iştirakçısı olan 224 nəfəri inzibati qaydada həbs edib.

Bildirilib ki, saxlanma səbəbləri xırda xuliqanlıq, həmçinin aksiya zamanı polisə müqavimət və itaətsizlikdir. Tiflis Şəhər Məhkəməsinə 98 nəfərin inzibati işlərinin materialları təqdim edilib, onlardan 74 nəfərin barəsində iş yekunlaşıb, 74 nəfərdən 36-sı cərimələnib. 34 vətəndaşa inzibati həbs tətbiq edilib, 4 nəfərə isə töhmət verilib. Məhkəmələrdə digər şəxslər barəsində inzibati xətalara dair işlər davam etdirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi xəsarət alan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı da məlumat verib. Ötən gecə etiraz aksiyası zamanı 21 əməkdaş xəsarət alıb.

“Əvvəlki günlərdə olduğu kimi, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, aksiya zamanı bəzi iştirakçılar dəfələrlə təxribat xarakterli hərəkətlərə yol veriblər”, - deyə məlumatda bildirilir.

Bundan başqa, gecə saatlarında mitinq iştirakçıları Rustaveli prospektində bələdiyyə və şəxsi əmlaka ziyan vurub, zədələnmiş əşyalardan barrikadalar quraraq yandırıblar.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR