İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kadırovun oğlu ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbərinin oğlu, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi, Təhlükəsizlik İdarəsinin rəisi Adam Kadırovla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz Telegram kanalında məlumat yasyıb.
Onun sözlərinə görə, Putin Moskvada oğul Kadırovla görüşüb. Prezident qeyd edib ki, “nisbətən qısa ömür sürməsinə baxmayaraq, o, artıq özünü güclü xasiyyətli, daxili nizam-intizamla, xalqına səmimi sədaqətlə məsuliyyətli, təşəbbüskar və etibarlı rəhbər kimi sübut edib”:

"Rusiya prezidenti ilə görüş qeyri-rəsmi şəraitdə baş tutub, lakin hərarət və səmimiyyətlə dolu olub. Vladimir Vladimiroviç Adam Ramzanoviçi qarşıdan gələn toyu münasibətilə şəxsən təbrik edib".

Daha sonra Ramzan Kadırov Putinin Adam Kadırovun evliliyi ilə bağlı “şəxsi təbrikindən” danışıb və minnətdarlığını bildirib.

Dudayev qeyd edib ki, Adam Kadırov “babasının yolunu layiqincə davam etdirir və nisbətən qısa ömür sürməsinə baxmayaraq, artıq özünü güclü xarakterə malik, məsuliyyətli, təşəbbüskar və etibarlı rəhbər kimi sübut edib”.

İyunun 27-də məlum olub ki, azyaşlı Adam Kadırov ailə qurur. Məlum olub ki, bayram ailənin ata evində keçiriləcək. Gəlinin adı Mednidir, Kadırovların doğma kəndindəndir. Digər təfərrüatlar verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR