İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqradda etirazlar iğtişaşlara çevrildi: tələbələr ön sıralarda, polis dəyənək və qalxanlarla müdaxilə edir - VİDEOLAR

Serbiyanın paytaxtı Belqradda müxalifətin təşkil etdiyi genişmiqyaslı etiraz aksiyası artıq iğtişaşlarla müşayiət olunur.

Musavat.com TASS-a istinadla xəbər verir ki, aksiyada əsasən tələbələr iştirak edir. Onlar hakimiyyətdən vaxtından əvvəl parlament seçkilərinin tarixinin müəyyən edilməsini və parlament binası qarşısında Serbiya prezidenti Aleksandr Vuçiçin tərəfdarlarının qurduğu çadır düşərgəsinin sökülməsini tələb edirlər.

Hadisə yerindən çoxsaylı videolar yayılıb. Kadrlarda nümayişçilərin şəhərin mərkəzi küçələrində, Serbiya parlamentinin binası önündə toplaşdığı, əllərində plakatlar və şüarlarla yürüş keçirdiyi görünür. Gecə saatlarında isə aksiya gərgin fazaya keçib — polis etirazçıları ərazidən sıxışdırmağa başlayıb. Qalxan və dəyənəklərlə silahlanmış hüquq-mühafizə qüvvələri insan kütləsini küçədən uzaqlaşdırmağa çalışır.

Serbiyanın baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç aksiyada polisə hücum edən şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib. “Bu hadisələrdə polislərə hücum edənlər mütləq cavab verəcəklər”, — deyə nazir sərt açıqlama verib.

Musavat.com-un əldə etdiyi məlumatlara görə, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurmalar davam edir. Şəhərin mərkəzində nəqliyyat iflic olub, təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Belqradda baş verən proseslər Serbiya daxilində siyasi vəziyyətin nə qədər həssas olduğunu bir daha göstərir. Müxalifət tərəfdarları bildirirlər ki, seçkilərin təxirə salınması, Vuçiç tərəfdarlarının simvolik düşərgəsinin parlament qarşısında saxlanılması ölkədə siyasi balansı pozur və cəmiyyətin narazılığını daha da dərinləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR