İnsanlara hürriyət, millətlərə istiqlal!

İran tezliklə uranın zənginləşdirilməsini bərpa edəcək – ŞOK AÇIQLAMA

İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər.

Musavat.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bu fikirdədir.

O, Amerikanın CBS televiziyasına müsahibəsində deyib: "Mən deyərdim ki, onlar bir neçə ay ərzində uranı zənginləşdirən bir neçə və ya daha az sentrifuqaya sahib ola bilərlər. Düzünü desəm, hər şeyin yoxa çıxdığını və heç nə qalmadığını demək mümkün deyi”.

Qrossi ABŞ və İsrailin İrandakı obyektləri vurmasından sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığını dair bildirib: "Aydındır ki, ciddi ziyan vurulub, lakin birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensial. Əgər istəsələr, bunu yenidən etməyə başlaya bilərlər".

MAQATE-nin baş direktorunun sözlərinə görə, İran Fordo, Natanz və İsfahanda "uranı emal etmək, çevirmək və zənginləşdirmək üçün müəyyən imkanlara malik olub və hələ də var". Qrossi əlavə edib ki, bu obyektlər "əsasən dağıdılıb", lakin "onlardan bəziləri qalıb". Baş direktorun sözlərinə görə, MAQATE müfəttişləri “baş verən fəaliyyətlər haqqında məlumatı bərpa etmək” üçün İranda işlərini davam etdirməlidirlər.

Xatırladaq ki, CNN-in iyunun 24-də verdiyi xəbərə görə, Amerika kəşfiyyatı hesab edir ki, İrana zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, hücum böyük ehtimalla Tehranın nüvə bombası əldə etməsini bir neçə ay gecikdirib. Bu qənaətləri ABŞ Müdafiə Kəşfiyyat İdarəsi hazırlayıb.

Prezident Donald Tramp və Pentaqon CNN-in məlumatını yalan adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR