İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın baş diplomatı İrəvana gəlir

Avropa Komissiyasının vitse-prezidenti, İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas iyunun 29-dan 30-dək Ermənistanda rəsmi səfərdə olacaq.

Musavat.com xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilir ki, iyunun 30-da xarici işlər naziri Ararat Mirzoyan və Kaya Kalas arasında görüş, ardınca isə birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, hazırda Ermənistanda Baş nazir Nikol Paşinyanla Rusiyanın təsir dairəsində olan kilsə arasında böyük mübarizə gedir. Ermənistan hakimiyyəti bir neçə kilsə xadimini dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edib. Belə bir məqamda Aİ xarici siyasət komissarının İrəvana gəlişi Paşinyana siyasi dəstək kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR