Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın paytaxtı Tiflisdə müxalifət partiyalarının təşkil etdiyi etiraz aksiyası çərçivəsində şəhərin mərkəzi meydanında nəhəng bir Yeni il süfrəsi açılıb.
Musavat.com xəbər verir ki, görüntülər həm miqyas, həm də təşkilatçılıq baxımından diqqət çəkib. Tədbir, bayram abu-havası yaratmaqla yanaşı, ölkədəki siyasi gərginliyə diqqət çəkmək məqsədi daşıyıb.
Maraqlıdır ki, tədbirə Gürcüstanın artıq sabiq prezidenti olan Salome Zurabaşvili də qoşulub. Zurabaşvili aylardır ki, ölkədə siyasi sabitliyi pozmaqda, gərginlik yaratmaqda və Qərbin, konkret olaraq Avropa İttifaqının və Fransa Prezidenti Emmanuel Makronun maraqlarını təmin etməkdə ittiham olunur.
Siyasi fiaskonun simvolu olan süfrə
2024-cü ilin yekunları göstərir ki, Avropa İttifaqının dəstəklədiyi müxalifətin Gürcüstanda ən böyük “nailiyyəti” elə bu süfrə olub. Artıq Gürcüstanda prezident hakimiyyəti Avropanın idarə etdiyi müxalifətin əlindən çıxıb və Zurabaşvili küçə müxalifətindən heç bir fərqi olmayan bir fiqura çevrilib. Bu tədbir, bir tərəfdən müxalifətin ictimaiyyətə təsir etmə cəhdini əks etdirir, digər tərəfdən isə onların real siyasi proseslərdə zəifləyən mövqeyini ortaya qoyur.
Qeyd: Məlumat və görüntülər "Paper Kartuli" və "Tbilisi Life" tərəfindən paylaşılıb.
@@TVmusavat/104945@@
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ