Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamenti bu gün plenar iclasında “Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.
Musavat.com xəbər verir ki, məlumatı Gürcüstan Birinci Kanal-ı yayıb.
83 deputatın dəstəklədiyi qanun layihəsi Gürcüstanın baş naziri, prezidenti və parlamentinin sədri vəzifəsini daşıyan şəxsin səlahiyyətlərinə xitam verildikdən sonra dövlət tərəfindən şəxsi mühafizəsinin olmayacağı halları müəyyən edir. Layihəyə əsasən həmin şəxslər Konstitusiya Məhkəməsi Gürcüstan Konstitusiyasının 48-ci maddəsinə uyğun olaraq öz rəyində onların Konstitusiyanı pozduğunu təsdiqləsə, onların hərəkətlərində cinayət əlamətlərinin olması və ya müvafiq vəzifəli şəxs tərəfindən səlahiyyətlərinə xitam verilməsinin səbəbi kimi cinayət törətməsi müəyyən edildikdə dövlət tərəfindən onlara şəxsi mühafizə təyin olunmayacaq.
Parlament bu həftə sürətləndirilmiş qaydada qəbul etməyi planlaşdırır.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ