İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: “Blokada peyzajı” yaradanlar

Bu gün Avropada günün fotosu bu ola bilər.

Bu, ermənilərin əl işdir, bu şəkli rejissorluq, operatorluq edərək, xüsusi effektlərdən yararlanmaqla düz-qoş edib Avropaya, dünyaya ötürürlər: qoy dünya görsün ki, erməni uşaqlar Xankəndidə necə əziyyət çəkirlər.

Bu mənzərəni yaratmaq üçün iki simpatik uşaq seçilib, bir vedrə kartof gətirilib, bir köhnə samovar tapılıb və çəkiliş meydançasında “samovara od salmışam” ortamı yaradılıb. İndi uşaqlar özlərinə qida hazırlamaq üçün kartofları samovara dolduracaq, sonra onun başına dudkeş qoyaraq tüstüləd-tüstülədə kartofun bişməsini gözləyəcəklər.

Dünyaya verilən mesaj budur: Xankəndidə çörək yoxdur, uşaqlar kartof ümidinə qalıblar; Xankəndidə işıq yoxdur, yeməyi qaranlıqda bişirirlər; Xankəndidə qaz və başqa yanacaq yoxdur, qədim üsullara müraciət etmək lazım gəlib.

Onların, demək olar ki, hər işləri belədir: saxta, qurama, gözboyama, özlərini yazıq göstərmə, çəkişmədə olduqları tərəfi şərləmə və sair və ilaxır.

gün-fot.JPG (51 KB)

5-6 kilometr bu tərəfdə 40 ton ərzaq var, yiyə durmurlar. İşıqlarını kəsən yoxdur, yarasa kimi özləri qaranlığa cumurlar. Qazları da kəsilməyib, amma onun necə yandığını çəkib göstərməzlər, yoxsa blokada peyzajı pozular.

Bax, biz belə bir düşmənlə üz-üzəyik, haqlı çıxmaq, özlərinə üstünlük qazanmaq üçün hər yola, hətta axırıncıya da asanca gedirlər.

Bu mənzərəni görən hər kəsin ürəyində şəkildə görünənlərə mərhəmət hissi oyana bilər. Di gəl, insanları başa sal ki, bu, real şəkil deyil, quraşdırılmış səhnədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR