Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə həm İslam Respublikasını dəstəkləyən, həm də ona müxalif olan farsdilli media Azərbaycan və türklər əleyhinə məqalələrlə doludur.
Musavat.com xəbər verir ki, bu fikirlər Güney Azərbaycanı təmsil edən dörd təşkilatın Zəngəzur yolu ilə əlaqədar rəsmi Tehranın apardığı təbliğata etiraz olaraq yaydığı birgə bəyanatda yer alıb.
"Güney Azərbaycan siyasi təşkilatları belə şəraitdə Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında Naxçıvana keçid yolunu açmağa tam hüququ olduğunu vurğulayırıq”, - bəyanatda bildirilib.
Bəyanatda aşağıdakılar da qeyd olunub:
"Hamıya yaxşı məlumdur ki, İran hakimiyyəti və fars müxalifətinin ortaya atdığı bu əsassız bəhanələr, əslində, çox şişirdilib və onların əsas problemi açıq şəkildə dilə gətirməyə qorxduqları bir məsələdir. Bu isə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbərinin dediyi kimi, Türk dövlətlərinin ittifaqının – onların dediyi kimi "Böyük Turan"ın reallaşması qorxusudur ki, bu da irqçi farslar arasında böyük narahatlıq yaradır. Onlar yaxşı bilirlər ki, ölkə daxilində "Türk məsələsi" başda olmaqla, qeyri fars xalqların haqları ilə bağlı ciddi problem var. Güney Azərbaycandakı Türk xalqı və İranın digər bölgələrdə yaşayan Türklər, Türk dünyası ilə güclü maddi və mənəvi bağlar qurarsa, fars hegemoniyası üçün artıq son gələcək və nəticədə, Türk xalqı və digər məzlum xalqların haqları bərpa edilməli olacaq. Onlar yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin qarşısını almaq üçün Ermənistana ehtiyacları var, lakin Ermənistan artıq İrandan üz çevirib, çünki Ermənistan da bu məsələlərdə İran rejiminin heç bir gücünün olmadığını bilir. Buna görədir ki, İran İslam Respublikası və sözdə fars müxalifəti Azərbaycanın və Türk millətinin əleyhinə belə bir təbliğat kampaniyası aparırlar, hansını ki, bu qədərini ancaq İkinci Qarabağ müharibəsində görmüşdük. Lakin onların hər sözündən bəlli olur ki, əsas qorxuları ölkə daxilindədir, xaricdə deyil.
Bununla belə, bütün mütəxəssislər razılaşırlar ki, İran Qafqaz məsələlərində artıq təsir gücünü itirib və ancaq hay-küy sala bilir. İranın yeganə ümidi Rusiyanın Ermənistana dəstəyi idi, lakin Ermənistanın qərbə yönəlməsi ilə o da əldən çıxdı.
Bu şəraitdə biz, Güney Azərbaycan siyasi təşkilatları, Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanın verdiyi öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında, Azərbaycanın Naxçıvana keçid yolunu açmağa tam haqqı olduğunu vurğulayırıq. Eyni zamanda İran hakimiyyətinin və fars müxalifətinin Güney Azərbaycan Türklərinə və İrandakı digər Türklərə qarşı təhqiramiz və təcavüzkar davranışlarını qətiyyətlə pisləyir və xəbərdarlıq edirik ki, vəziyyət belə davam edərsə artıq millətimizin səbri daşacaq. Kimsə düşünürsə ki, belə hücumlarla Türk milləti öz haqlarından vaz keçəcək, çox böyük səhv edir. Türk milləti Güney Azərbaycanda və İranın fərqli bölgələrində hər gün daha da əzmkar bir şəkildə "Azadlıq, Ədalət, Milli Hökumət" strateji şüarı ilə öz azadlıq mübarizəsini davam etdirəcəkdir".
Qeyd edək ki, bəyanat Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkəti (AZOH), Güney Azərbaycan Demokrat Partisi (GADP) adından yayılıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ