İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin keçmiş konqresmeni yeddi ildən artıq həbs cəzasına məhkum edilib

Nyu York ştatının Məhkəməsi 2023-cü ildə ABŞ Nümayəndələr Palatasından qovulan respublikaçı Corc Santosu dələduzluq və şəxsi məlumatların oğurluğu ittihamı ilə 87 ay həbs cəzasına məhkum edib.

“Report” xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Məlumata görə, məhkəmə həbs müddəti ilə yanaşı, 36 yaşlı Santosun 374 min dollar təzminat ödəməsi barədə qərar qəbul edib.

2024-cü ilin avqustunda Santos seçkiöncəsi kampaniya vəsaitlərini şəxsi məqsədlərə, o cümlədən bahalı dizayner geyimlərinə minlərlə dollar xərcləməkdə təqsirini etiraf edib. O, işləməsinə baxmayaraq, pandemiya zamanı işsizlik müavinəti alıb. Bundan əlavə, Santos gəlirləri ilə bağlı Konqresə yalan məlumat verib.

2023-cü ilin sonunda Santos tarixdə Konqresin aşağı palatasından qovulan altıncı konqresmen olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR