Onlayn ictimai-siyasi qəzet
Boy uzatma əməliyyatı bir çoxları üçün hələ də əlçatmaz arzu kimi görünsə də, texnologiyanın və tibbin inkişafı bunu gerçəkləşdirməyə qadirdir.
Azərbaycandan fərqli olaraq dünya ölkələrində boy uzatma əməliyyatına üz tutanların sayı kifayət qədərdir. Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Tailand, Türkiyə kimi ölkələrdə bu əməliyyatın qiyməti 75 min ilə 280 min ABŞ dolları arasında dəyişir.
Bəs maraqlıdır, proses necə həyata keçirilir?
Travmatoloq-ortoped Ağaməzahir Ağazadənin sözlərinə görə, sözügedən əməliyyat adətən 20-21 yaşdan sonra icra edilir:
"Təxminən 1.5-2 saat davam edir. Prosesdən sonra sümüyün həm içində, həm də xaricində qurğu olur. Əməliyyat nəticəsində 15-16 santimetrə kimi xəstənin boyu uzadıla bilər".
Bu əməliyyatın həyata keçirilməsinin sağlamlıq üçün hansı riskləri yarada biləcəyinə gəlincə isə, travmatoloq bildirib ki, sümük sağalmaya bilər və yaxud xroniki ağrıların olması mümkündür:
"Çünki boy uzatma əməliyyatı ilə sadəcə sümük uzadılmır. Eyni zamanda damar, sinir uzanır".
Ətraflı Baku TV-nin süjetində:
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ