İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yəmənə bir neçə zərbə endirib

ABŞ hərçiləri “Ənsar Allah” üsyançı hərəkatının husilərin nəzarətində olan Yəmən ərazilərinə silsilə zərbələr endirib.

"Report"un husilərə məxsus "Al Masira" telekanalına istinadən verdiyi xəbərə görə, Saada əyalətinin atəşə tutulması nəticəsində bir nəfər ölüb.

Belə ki, axşam saatlarında ABŞ Yəmənin paytaxtı Sənaya, eləcə də Saada, Əl-Mahvit və Əl-Hodeyda əyalətlərinə hücum edib. Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalının məlumatına görə, zərbələr husilərin hərbi obyektlərinə, o cümlədən silah anbarlarına və şəxsi heyətin yerləşdirmə məntəqələrinə yönəlib.

“Əl Masirah” bildirib ki, Saada əyalətindəki zərbələrdən biri Yəmən bədəvilərinin yaşadığı Sahar bölgəsini hədəf alıb. Amerikanın zərbəsində öldürülən şəxs köçəri bədəvi qəbiləsinin üzvü olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR