İnsanlara hürriyət, millətlərə istiqlal!

Gündə 2 stəkan için: arıqlamağa kömək edir

Araşdırmalar nəticəsində məlum olub ki, qazlı su istehlak etmək arıqlamağa kömək edir.

Bununla bağlı Yaponiyanın “Tesseikai” Neyrocərrahiyyə Xəstəxanasından professor Akira Takahashi araşdırma aparıb.

Son zamanlar tez-tez tövsiyə edilən qazlı su istehlakının kilo itkisinə təsir edəcək qədər maddələr mübadiləsini sürətləndirdiyi iddia edilib. Bu proses qırmızı qan hüceyrələri tərəfindən qlükoza udulmasını artıraraq qan şəkərinin səviyyəsinin aşağı düşməsinə kömək edir.

Bu, dolayısı ilə bədənin qlükoza istifadəsini yaxşılaşdıraraq kilo itkisini təmin edir. Elm adamları bu təsirlər baxımından qazlı suyun adi sudan daha üstün ola biləcəyini vurğulayırlar.

Tərkibində kalsium və maqnezium kimi minerallar olan qazlı suyu pəhrizdə olarkən yeməkdən yarım saat əvvəl və yarım saat sonra istehlak etmək məsləhətdir.

Mütəxəssislər gündə 2 stəkan qazlı su qəbul etməyi məsləhət görürlər ki, bu da həzm sisteminə faydalıdır və yağların yandırılmasına kömək edir.

Araşdırma “BMJ Nutrition, Prevention & Health” jurnalında dərc edilib.  (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR