İnsanlara hürriyət, millətlərə istiqlal!

Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Həkim AÇIQLADI

"Gün ərzində neçə dəfə yemək insandan asılıdır, çünki qidalanma bir vərdişdir".

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, orqanizm insanın qidalanma rejiminə uyğun reaksiyalar verə bilir:

"Məsələn, heç vaxt səhər yeməyi yeməyən adam iki gün ard-arda səhər yeməyi yesə, səhərlər yuxululuq artar, daha tez-tez acar. Həzm fermentlərinin, xüsusilə mədə turşuluğunun özünün bu rejimə uyğun aktivlik periodu olur. Mədə siz onu öyrəşdirdiyiniz rejimlərdə peristaltikanı artıraraq, iştah hormonu leptini ifrazını sürətləndirir və biz acırıq".

Mütəxəssis-ekspert bildirib ki, qəbul olunan standart qidalanma rejimi üç dəfədir və ara qəlyanaltılar də əlavədir:

"Gün ərzində 6 dəfə qidalanmada insan hər iki saatdan bir yemək yeməlidir, bu isə zərərli vərdişdir. Ümumiyyətlə, yeməklər arası məsafə nə qədər çox olarsa, daha sağlam, gümrah olarıq. Ət və qarışıq ət məhsulları 4-6 saata həzm olunur, sonra orqanizm üçün öz ehtiyatlarının bərpasına zaman ayırmaq lazımdır. İntervallı aclığın da əsas məqsədi budur. Həzm sisteminə rahatlıq verərək özünü bərpaya təkan vermək. İnsanlar qidalanmanın sayına deyil, keyfiyyətinə üstünlük verməlidir. Əgər şəkərli qidalarla gün boyu qidalansanız, tez doyub, tez də aclıq hiss edəcəksiniz".

E.Məmmədov vurğulayıb ki, qışda yemək intervalları daha qısa olur və çəki alma yay mövsümü ilə müqayisədə daha artır:

"Yemək üçün acmaq lazımdır və instinktlə qidalanma doğru deyil. Hazırda dünyada ağıllı qidalanmaya üstünlük verilir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR