İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp dünya zənginlərinə bir gündə 304 milyard dollar qazandırdı – Ən çox varlanan...

ABŞ prezidenti Donald Trampın idxal rüsumlarının artırılmasını 90 gün təxirə salmaq qərarından sonra dünyanın ən zəngin insanlarının sərvəti rekord məbləğdə - 304 milyard dollar artıb.

Musavat.com xəbər verir ki, bu, Bloomberg agentliyinin dərc etdiyi Bloomberg Billionaire Index-dən aydın olur.

Amerika liderinin qərarından sonra səhmlərin bahalaşmasından ən çox pulu İlon Mask qazanıb. Tesla-nın səhmlərinin qiyməti 23 faiz bahalaşdıqdan sonra onun xalis sərvəti 36 milyard dollar artıb. “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti 26 milyard dollar, “Nvidia” texnologiya şirkətinin rəhbəri Censen Huanqın sərvəti isə 15,5 milyard dollar artıb.

Dünyanın ən varlı adamlarının ümumi sərvətinin bir gündə 304 milyard dollar artması Milyarderlər İndeksi tarixində ən böyük artımdır. Əvvəlki rekord 233 dollar olmaqla, 2022-ci ilin martında ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini artırdıqdan sonra müəyyən edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR