Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kayseri şəhərində mühafizəçi işləyən Yener Koçer mübahisə zəminində qaynı Sertan Temeli tapança ilə vuraraq öldürüb.
Musavat.com xəbər verir ki, qətldən sonra ürəyi soyumayan Yener Koçerin öldürdüyü şəxsin üzərindən maşını ilə keçib.
Həmin dəhşətli anlar vətəndaşlar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.
Hadisə bu gün saat 17:00 radələrində Melikqazi rayonu, Mimsin Şirintepe Məhəlləsindəki bazarın qarşısında baş verib. İddiaya görə, Yener Koçerlə qaynı Sertan Temel arasında naməlum səbəbdən dava düşüb. Köçer özü ilə gətirdiyi silahla qaynını vurub. Başından 3 güllə dəydiyi bildirilən Sertaç Temel yerə yıxılıb. Yener Koçer daha sonra maşınına minərək yerdə uzanmış qaynının üstündən keçib. Dəhşətli hadisəni törədən Y.Koçer elə həmin avtomobil ilə də ərazidən uzaqlaşıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və təcili yardım çağırılıb. Təcili yardım tərəfindən edilən müayinədən sonra Sertan Temelin öldüyü müəyyən edilib. Polis tərəfindən aparılan iş nəticəsində hadisə yerindən avtomobillə qaçan Yener Koçer qısa zamanda saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ