İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib.

Bu barədə Modern.az-a mərhumun qohumları məlumat veriblər.

G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib.

Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filologiya fakültəsini, Bakı Ali Partiya Məktəbini, Moskvadakı İctimai Elmlər Akademiyasının Mədəniyyət tarixi və mədəniyət nəzəriyyəsi kafedrasını bitirib, filologiya üzrə fəlsəfə doktorudur.

50 ildən çox idi ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir. 50 illik yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib.

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

"Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Sözlərinə dövrün böyük bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov mahnılar yazıb. Həmin mahnıları da Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi sənətkarlar ifa edib.

Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Gülhüseyn Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.

O, son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirirdi. Burada "Unudulmayanlar" və "Dəyirmi masa" kimi layihələrin koordinatoru idi.

Allah rəhmət eləsin!

KAZİM.jpg (85 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR