İnsanlara hürriyət, millətlərə istiqlal!

Gücü tükənən, dəstək axtaran, terroru dəstəkləyən Fransa - RƏY

"Fransa İkinci Dünya müharibəsindən sonra süni dövlət kimi yaradılıb və əsas etibarilə SSRİ-nin razılığı ilə mövcud olub. Ərazisinin xeyli hissəsi Almaniya tərəfindən işğal olunmuşdu, buna görə də xeyli zəifləmişdi. SSRİ-nin dəstəyi ilə mövcudiyyətini qorudu. NATO bloku və Avropa Birliyi modelində bir qədər güc tapa bildi amma bütövlükdə Fransa prestijini özü əldə etməyən, kənardan dəstək alan ölkədir". 

Bu fikirləri Musavat.com-a Fransanın xarici siyasətini şərh edərkən deputat Fazil Mustafa bildirib. O vurğulayıb ki, Fransa artıq Afrika və başqa ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirməyə qadir deyil:

fazil-mustafa (7).jpg (36 KB)

"Fransanın artıq yetərli gücü yoxdur. Buna görə də problemləri daha da artacaq. Nüvə dövləti olmasına baxmayaraq, süni mahiyyət daşıyır. Fransa ilə bağlı Azərbaycan cəmiyyətində formalaşan fikir bunu göstərir ki, problemlər davam edəcək".

Millət vəkili qeyd etdi ki, Cənubi Qafqazda casus şəbəkəsinin ifşa olunması olduqca düşündürücüdür:

"Prosesin məhz Fransanın ifşası ilə bitəcəyini hər kəs proqnozlaşdıra bilərdi. Bu dövlətin Ermənistanla bağlı yürütdüyü siyasət düşündürücüdür. Hətta öz  ölkəsinin maraqlarına belə cavab verməyəcək səviyyədədir. Biz də bu məsələdə Fransaya qarşı öz mövqeyimizi açıq şəkildə ortaya qoyuruq. Çünki bu dövlət fəaliyyətini heç bir obyektivlik meyarına görə tənzimləmir. Bu da dövlətin nüfuzuna ciddi zərbədir. Əvvəllər demokratik ənənələrə sahib dövlət faşist terroru dəstəkləyən dövlət kimi gündəmdədir".

Nigar HƏSƏNLİ,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR