İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilən hadisə BAŞ VERDİ: Qapılar Putinin üzünə AÇILIR, bundan sonra...

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra kiçik istisna ilə Qərb ölkələrinin qapıları Kreml sahibi Vladimir Putinin üzünə bağlandı. Eynilə Qərb ölkələrinin liderləri də müharibənin dəhşətləri fonunda Moskvaya səfərlərdən və Putinlə görüşlərdən imtina etdilər.

Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial media hesabında yazıb.

Politoloq vurğulayıb ki, Qərb ölkələrindən yalnız Macarıstanın baş naziri Viktor Orban qeyri-rəsmi qadağaya məhəl qoymayıb və ara-sıra Vladimir Putinlə görüşüb:

"Viktor Orban Kremllə dialoqun tərəfdarı kimi çıxış edirdi. Bu dəfə Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfər edərək Vladimir Putinlə görüşüb. Viktor Orban və Robert Fitso Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağına ümid edirlər və görünür, proqnozlaşdırırlar ki, bundan sonra Putinlə təmasa keçəcək liderlərin sayı tədricən artacaq. Viktor Orban və Robert Fitso onu da ehtimal edirlər ki, müharibə dayandırılacağı halda Avropa Rusiyadan qaz nəqlini bərpa edəcək".

E. Şahinoğlunun sözlərinə görə, Putin bunun əleyhinə deyil:

"Bu səbəblərdən Viktor Orban və Robert Fitso Vladimir Putinlə görüşlərə üstünlük verməkdə Avropadakı həmkarlarını qabaqlamağa çalışırlar ki, daha çox siyasi və iqtisadi divident əldə etsinlər. Ancaq bu “dividentlər” Ukraynanın parçalanması hesabına baş verəcəksə, Avropada qazanan olmayacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR