İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyərtəsində Demet Akalının da olduğu gəmi batdı - VİDEO

Müğənni Demet Akalın ötən gün Didimdə konsert verib.

Musavat.com olay-a istinadən xəbər verir ki, konsert məkanına getmək üçün dəniz yolunu seçən Akalın qəza keçirib. Sənətçinin olduğu dəmi limana çırpılıb.

Demet Akalın yaşadıqlarını "İnstagram" izləyiciləri ilə bölüşüb.

Alnındakı şişkinliyi göstərən Demet Akalın dostlarından birinin də əlinin əzildiyini deyib:

"Yaxşıyam, narahat olma. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tək qoymaq istəmədim. Çox ağır gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə buna razılaşdım. Qayıq saniyələr içində batdı. Necə sağ qaldıq? Anlaya bilmirəm".

Müğənni qəzaya səbəbin limanda işıqların yanmamasını göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR