İnsanlara hürriyət, millətlərə istiqlal!

Gorus merinə SƏRT CƏZA

Gorus şəhərinin meri Aruş Aruşanyan Ermənistan Respublikası Ədliyyə Nazirliyinin probasiya xidmətinə dəvət edilib, qeydiyyata alınıb, ona məhkəmə aktı təqdim edilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Aruşanyan 700 min erməni dramı cərimələnib.

Məhkəmə qərarına əsasən, o, 1,5 il sınaq müddəti keçməlidir. Həmçinin 5 il ərzində dövlət vəzifəsini tuta bilməz. Bu barədə bu gün, avqustun 21-də Ermənistan Respublikası Ədliyyə Nazirliyinin mətbuat katibi Norayr Şoqikyan Ermənistan mediasına məlumat verib.

“Aruşanyanın təqsirli bilindiyi cinayət işi vəzifə səlahiyyətlərindən sui-istifadə, özbaşınalıq, habelə başqa şəxsin sağlamlığına qəsdən zərər vurma ilə bağlıdır”, - o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR