Onlayn ictimai-siyasi qəzet
Yujnobutovskaya küçəsində yerləşən admiral Fyodor Uşakov kilsəsində Tacikistandan olan miqrant tərəfindən qəribə təxribat törədilib. 20 yaşlı gənc kilsəyə daxil olaraq bütün şamları söndürüb.
Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, hadisə iyunun 18-də günorta saatlarında, kilsədə ziyarətçilərin çox olmadığı vaxt baş verib. Təxribatçı gənc arxa qapıdan içəri girub, şamları üfürərək söndürə-söndürə dəhlizdə dolaşəb və rastına çıxan qadınlardan birini itələyib. Daha sonra o, bayıra çıxıb və bir neçə gün əvvəl qeydiyyatdan keçdiyi hostelə doğru yollanıb. Polislər onu isti izlərlə saxlayıb. Kilsədə müşahidə kameraları quraşdırıldığından şamsöndürən taciki tapmaq çətin olmayıb.
İyunun 15-də Rusiyaya işləməyə gələn gənc öz hərəkətinə münasibət bildirməkdən imtina edib. Ancaq sükutu ona kömək etməyib.
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə baş istintaq idarəsinin əməkdaşı Yuliya İvanovanın sözlərinə görə, 20 yaşlı vətəndaşa qarşı cinayət işi açılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci ("Vicdan və din azadlığı hüququnun pozulması") maddəsinin 4-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ