İnsanlara hürriyət, millətlərə istiqlal!

Getdikcə artan Dang qızdırması qorxu yaradır - VİDEO

Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Kezon şəhərində Dang qızdırması hallarının sayı sürətlə artır.

Musavat.com Yenisabah.az-a istinadən xəbər verir ki, rəsmi hökumət məlumatlarına görə, 24 fevral tarixinə qədər şəhərdə 2.500-dən çox yoluxma qeydə alınıb. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,9 faiz artım deməkdir. İlin əvvəlindən indiyədək azı 11 nəfər həyatını itirib. Yoluxanların təxminən yarısını isə 10 yaşdan kiçik uşaqlar təşkil edir.

Epidemiya ilə mübarizə çərçivəsində yerli hakimiyyət orqanları aşağı gəlirli və sıx məskunlaşmış ərazilərdə, həmçinin məktəblərdə təmizlik və dezinfeksiya tədbirlərini gücləndirib. Şəhər boyu dərmanlama işləri davam edir, səhiyyə mərkəzlərinin iş saatları isə uzadılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR