Onlayn ictimai-siyasi qəzet
Fransanın məşhur Luvr muzeyinə məxsus bir sıra zinət əşyaları təhlükəsizlik məqsədilə müvəqqəti olaraq Fransa Bankına köçürülüb.
Musavat.com xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb. Məlumata görə, köçürülən kolleksiya barədə dəqiq təfərrüatlar açıqlanmayıb, lakin onların arasında Apllon qalereyasında sərgilənən “taxta çıxma zərgərlik məmulatları” və digər nadir eksponatlar da olub.
Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Luvrun Apllon qalereyasına daxil olaraq Napaleon III və onun həyat yoldaşı imperatriçəyə məxsus qiymətli zinət əşyalarını oğurlamışdılar. Oğurlanan əşyalar arasında boyunbağı, bəzək broşu və diadema da olub. Cinayətkarlar hadisədən sonra avtomobillə ərazidən uzaqlaşıblar.
Ekspertlərin hesablamalarına görə, oğurlanmış zinət əşyalarının dəyəri 88 milyon avro təşkil edir. Paris prokurorluğu isə bildirib ki, bu zərərin maddi tərəfi onların tarixi və mədəni əhəmiyyəti ilə müqayisə oluna bilməz.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ