İnsanlara hürriyət, millətlərə istiqlal!

Qumralın küsülü olduğu qayınanası efirə ZƏNG ETDİ: göz yaşı tökdü - VİDEO

Məşhur müğənni Qumral canlı efirdə küsülü olduğu qayınanası ilə bağlı gözlənilməz anlar yaşayıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı aparıcı sənətçiyə qayınanasının efirə zəng etdiyini bildirib. Telefonda onun səsini eşidən Qumral göz yaşlarına hakim ola bilməyib.

Məlum olub ki, qayınanası evlilik ildönümü münasibətilə gəlinini təbrik etmək və illərdir davam edən incikliyə son qoymaq istəyib. Onun qəbul etmədiyi gəlininə səmimi sözləri diqqət çəkib.

Hadisə zamanı studiyada duyğusal anlar yaşanıb. Qumral göz yaşları içində zəngə reaksiya verib.

Qeyd edək ki, sənətçi daha əvvəl verdiyi müsahibələrdə qayınanası tərəfindən sevilmədiyini və uzun müddət küsülü olduqlarını etiraf etmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR