Onlayn ictimai-siyasi qəzet
Rusiyada noyabr ayından etibarən mobil operatorlar bir şəxsin adına 20-dən çox nömrə qeydiyyatdan keçdiyi halda həmin sim-kartları bloklamağa başlayacaqlar.
Musavat.com xəbər verir ki, bu qərar ötən il qəbul edilmiş qanun dəyişikliklərinə əsaslanır. Yeni qaydalara görə, rabitə operatorları 2025-ci il 1 aprelədək bütün mövcud müqavilələr üzrə abunəçi məlumatlarını yoxlamalı və hər bir şəxsin adına qeydiyyatdan keçmiş nömrələrin sayını müəyyən etməlidirlər.
Qanunvericilik tələbinə əsasən, vətəndaşlara 1 noyabra qədər artıq olan nömrələr üzrə müqavilələri ləğv etmək göstərişi verilib. Əks halda, operatorlar 20-dən çox nömrə ilə bağlı abunəlikləri avtomatik olaraq dayandıracaqlar.
Rusiya hökuməti bu addımı kibertəhlükəsizliyin artırılması və saxta sim-kartlardan istifadə hallarının qarşısını almaq məqsədilə atdığını bildirir.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ