Onlayn ictimai-siyasi qəzet
Kolumbiya prezidenti Qustavo Petro Boqotanın narkotik qaçaqmalçılığına qarşı mübarizəsini nəzərə alaraq, ABŞ hökumətinin ona və ailə üzvlərinə tətbiq etdiyi sanksiyaları paradoksal adlandırıb.
Musavat.com xəbər verir ki, o, mövqeyini X hesabında açıqlayıb: "Onilliklərdir narkotik qaçaqmalçılığına qarşı apardığım effektiv mübarizəmə cavab olaraq, bunu kokain istehlakının qarşısını almaqda bu qədər kömək göstərdiyimiz bir cəmiyyətin hökumətindən aldım. Bu, tam bir paradoksdur, amma geri çəkilmə, diz çökmə ola bilməz".
Petronun sözlərinə görə, onun ABŞ-dakı maraqlarını vəkil Daniel Kovalik təmsil edəcək.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ABŞ administrasiyasının Petroya, eləcə də həyat yoldaşına və oğluna sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlab. Siyahıda Kolumbiyanın daxili işlər naziri Armando Benedetti də var.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ