İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik PİK HƏDDƏ - Yunan hərbi gəmisi 2 PUA-ya ATƏŞ AÇDI

Avropa Birliyinin "Aspides" adlı missiyası üçün Qırmızı dənizə göndərilən Yunanıstana məxsus hərbi gəmi 2 PUA-ya atəş açıb və onları dəf edib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə Qərargahının rəsmisi bildirib.

Qeyd edək ki, Aİ-nin Qırmızı dənizdəki "Aspides" missiyası əsas dəniz ticarət yolunu husilərin dron və raket hücumlarından qorunmasına kömək etmək üçün fevral ayında fəaliyyətə başlayıb. Yunanıstan missiya üçün bir freqat təmin edib.

Yunanıstanın “Kathimerini” qəzeti hadisənin səhər saatlarında baş verdiyini və döyüş gəmisinin 127 mm-lik silahdan iki PUA-ya atəş açdığını yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR