İnsanlara hürriyət, millətlərə istiqlal!

BMW 130 mindən çox avtomobili GERİ ÇAĞIRIR - SƏBƏB

BMW starter sistemindəki ciddi nasazlıq səbəbindən 130 mindən çox avtomobili geri çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, bu nasazlıq avtomobillərdə yanğın riskinə səbəb ola bilər.

Qeyd olunur ki, təkcə Almaniyada təqribən 136 500, ABŞ-da isə 195 000 avtomobil geri çağırılır.

Ümumilikdə, geri çağırma 2015-ci ilin sentyabrından 2021-ci ilin sentyabrına qədər istehsal olunmuş dünya üzrə yüz minlərlə avtomobili əhatə edir.

Bu, həm Avropada, həm də Asiyada istifadə olunan müxtəlif modellərə aiddir.

BMW bildirib ki, zərər çəkmiş avtomobillərin sahibləri ilə birbaşa əlaqə saxlanılacaq və səlahiyyətli servis mərkəzlərində pulsuz texniki baxış və təmir işləri həyata keçiriləcək. Sürücülərdən geri çağırışa əməl etmələri xahiş olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR