İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: ReALçı Natiq Cəfərli ilə deputat Bəhruz Məhərrəmov korrupsiyanı, İranı və Qarabağı dartışır

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

Məlumatda deyilir ki, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.

Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.

Eyni zamanda DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi son əməliyyatlar da diqqəti çəkir. Cəmi 2 il əvvəl vəzifəyə təyin edilmiş şəxslər özündən əvvəlkilərlə eyni ittihamla həbs edilir, böyük korrupsiya əməllərində ittiham olunurlar. Çıxış yolu nədir? Bu şəxslər niyə daha öncəki həbslərdən dərs çıxarmırlar?

Bu və gündəmdəki bir çox mövzuları bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə deputat Bəhruz Məhərrəmov gündəmlə bağlı sualları cavablandıracaqlar. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR