İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi edərək istifadə etməsi məlum olub. Həmin avtomobillər saxlanılaraq duracağa yerləşdirilib və konstruksiya dəyişikliyi aradan qaldırılıb. Bundan başqa mütəmadi aparılan monitorinq və profilaktiki tədbirlər nəticəsində dövlət qeydiyyat nişanının gizlədərək xüsusi cihaz və radarlardan yayınan, başqa dövlətə məxsus qeydiyyat nişanından istifadə edən və görməni məhdudlaşdıran vasitələrdən istifadə edən sürücülür də müəyyən edilib. Həmin sürücülər arasında Vətən Müharibəsi iştirakçılarının olması isə təəssüf hissi yaradır. Etdikləri qanun pozuntusunu sosisal şəbəkələrdə paylaşan bu və digər sürücülər ilə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Anoloji monitorinqlər bundan sonra da davam etdiriləcək.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR