İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə DƏHŞƏTLİ QƏZA - 2 nəfər ağır xəsarət aldı

Gəncədə avtomobil maneəyə çırpılıb, 2 nəfər ağır xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Şah İsmayıl Xətai prospektində idarəetmədən çıxaraq yol kənarındakı dəmir darvazaya çırpılıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1995-ci il təvəllüdlü Sadiqi Elvin və onun həmyaşıdı Qurbanov Şamxal müxtəlif bədən xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş.Qurbanovun boyun fəqərələri, E.Saqidinin isə qabırğaları sınıb. Onların reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR