İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə avtobusun xəndəyə aşmasının GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Gəncə şəhərində 1 nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq bina tikintisi üçün qazılan xəndəyə aşıb.

Musavat.com həmin anın görüntülərini təqdim edir:

Qeyd edək ki, qəza zamanı altı nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub. Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

@@TVmusavat/71703@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR