İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə sakinlərində silah və narkotik aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri, Fərid Əhmədov və Həsən Layıcov şəhər ərazisində saxlanılaraq, polis şöbəsinə gətiriliblər.

DİN-dən Musavat.com-a verilən məlumata görə, onların üzərində şəxsi axtarış keçirilən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, F. Əhmədovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı oradan gizlədilmiş 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR