Onlayn ictimai-siyasi qəzet
"Qaemi" qasırğasının yaratdığı tufana düşən yük gəmisi Tayvan sahillərində batıb.
Musavat.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 9 ekipaj üzvü itkin düşüb.
Tanzaniya bayrağı altında üzən gəminin göyərtəsindəki ekipaj Myanmadan olub.
Məlumata görə, "Qaemi" qasırğası dünən gecə Tayvanı vurub. 3 nəfər təbii fəlakətin qurbanı olub, 200-dən çox insan xəsarət alıb. Cümə axşamı günü baş verən təbii fəlakət səbəbindən Tayvanda qatarların hərəkəti dayandırılıb və əksər reyslər ləğv edilib.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ