İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlin qayınananı başmağı ilə döyüb, avtomobili ilə əzdi - FOTO

Türkiyənin Mersin şəhərində gəlinlə qayınana arasında şiddətli olay yaşanıb.

Gəlin S.D.Ç (şərti ad) küçədə yeriyən qayınanası Neriman Çekinin qarşsını avtomobillə kəsərək onu başmaqla döyüb. Daha sonra onu öz avtomobili ilə əzməyə çalışıb.

Əraziyə polis və təcili yardım çağırılıb. Qayınana dərhal xəstəxanaya yerləşdirlib. Onun ayağında və qolunda qırıqlar müəyyən edilib.

Gəlin S.D.Ç polislər tərəfindən saxlanılsa da o sərbəxst buraxılıb.

Qayınanası onun sərbəst buraxılmasına etiraz edib.

"Toydan dərhal sonra onun normal bir insan olmadığını anladıq. Məni əvvəllər də döymüşdü. Əvvəlcə söyüş söydü, təhqir etdi, daha sonra məni məhəllədə döydürdü" - deyə, Neriman Çekin, bildirib.

Hadisə iyunun 20-də yaşanıb. Təhlükəsizlik görüntüləri isə yeni yayılıb./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR