İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə saatlarında DƏHŞƏT: Bir anda məhv oldular - ŞOK GÖRÜNTÜLƏR

 

Rusiyanın Qara dəniz donanmasına məxsus patrul gəmisi "Sergey Kotov" Krım sahillərində vurulub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsi yayıb.

Açıqlamada Krım sahillərində Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin Magura V5 pilotsuz dəniz vasitələri ilə hədəfə alındığı bildirilib. 2022-ci ildə istifadəyə verilən 65 milyon dollar dəyərində olan "Sergey Kotov"un müxtəlif hissələrinə ziyan dəyib.

 

"Daily Mail" nəşri hadisəni belə şərh edib: “Putinin ən müasir döyüş gəmilərindən birinin bir gecədə dağıdıcı pilotsuz təyyarə ilə vurulması heyrətamizdir”.

Gəmidə adətən 80 nəfərlik ekipaj olur və göyərtəsində olanların taleyi qeyri-müəyyən olaraq qalır.

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı hələ açıqlama verməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR