İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə klubunda faciə: Ölü sayı 79-a çatdı, ölkədə matəm elan olundu

Dominikan Respublikasının paytaxtında "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı yerli “Diario libre” qəzeti Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən yayıb.

Mendes bildirib ki, dağıntılar altında qalan insanların axtarışları insanlar hələ də yaxınlarını tapmadıqları barədə məlumat verənə qədər dayanmayacaq. Mendes həmçinin bildirib ki, xilasedicilər son saatlarda sağ qalan tapmayıblar. Nəşrin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 150 nəfəri ötüb.

Bundan əvvəl Karib hövzəsi ölkəsinin prezidenti Luis Abinader baş vermiş faciə ilə əlaqədar üç günlük milli matəm elan edib. Respublikanın paytaxtının müxtəlif yerlərində insanların qan verdiyi donor mərkəzləri açılıb.

Musavatı.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR